-->

"Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı.

Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşami , qəmi itirim...

Başımı qoyaram gündə yüz kərə, Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə, Bu eşqin gücünə minnətdaram mən.

Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.

Həyat Hüseyn Arif Ömür Həyata aid şeir - "Könül deyir:- Yaşa hələ" Qısa, Həyata aid şeir - "Könül deyir:- Yaşa hələ" yazılı
Sponsor

 "Könül deyir:- Yaşa hələ"

 Hüseyn Arif. 

Səfərdəyəm ,səfərimi

Vurmamışam başa hələ.

Arzularım ,əməllərim

Toxunmayıb daşa hələ.


Dolanıb kəndi ,şəhəri,

Dağlarda açdım səhəri.

Fikrim gəzir üfiqləri

Dönüb qızıl quşa hələ.


İlləri yola salmışam,

Şer yazıb,saz çalmışam

Ömür deyir: - Qocalmışam,

Könül deyir: - Yaşa hələ.