-->

"Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı.

Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşami , qəmi itirim...

Başımı qoyaram gündə yüz kərə, Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə, Bu eşqin gücünə minnətdaram mən.

Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.

Mehdi Seyidzadə Şaxta baba Yeni İl Şaxta Baba, Qış Baba şeiri | Yeni il şeiri Qısa, Şaxta Baba, Qış Baba şeiri | Yeni il şeiri yazılı
Sponsor

 Keçdi dəniz, aşdı dağ

Gəldi bizə bir qonaq,

Saçları qardan dümağ,

Söylədik: alqış, baba,

Şaxta baba, qış baba!


Çöldə çıxıb qar dizə,

Yolka qonaqdır bizə.

Nəğmə deyib üz-üzə

Söylədik: alqış, baba,

Şaxta baba, qış baba!


Burda verib əl-ələ,

Oynayırıq bax belə

Səs yayılır hər elə:

Ay sənə alqış, baba,

Şaxta baba, qış baba!