-->

"Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı.

Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşami , qəmi itirim...

Başımı qoyaram gündə yüz kərə, Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə, Bu eşqin gücünə minnətdaram mən.

Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.

Əhməd Cəmil Şaxta baba Yeni İl Şaxta baba xoş gəlib | Yeni il şeiri Qısa, Şaxta baba xoş gəlib | Yeni il şeiri yazılı
Sponsor

Şaxta baba xoş gəlib şeiri

Müəllif: Əhməd Cəmil.


Qopdu bayırda tufan,

Uğuldadı yel, boran.

Döyüldü pəncərə bərk,

Açdı qapını külək.


Yelləndi çil-çiraqlar,

Doldu evə soyuq qar…

Aha-aha deyəsən,

Şaxta babadır gələn!


Saç-saqqalı tamam ağ,

Başında qardan papaq.

Girdi evə bir qoca

Boyu çinardan uca.


Yapıncısı buz kimi.

Parlayır ulduz kimi.

Qotazlı, qar xurcunu,

Uşaqlar görcək bunu-


Alıb dövrəyə həmən,

Tutdular ətəyindən:


Şaxta baba!…

Şaxtacan!…

Haradasan bu vaxtacan?…