-->

"Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı.

Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşami , qəmi itirim...

Başımı qoyaram gündə yüz kərə, Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə, Bu eşqin gücünə minnətdaram mən.

Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.

Mürvət Qədimoğlu Yeni İl Təzə il şeiri | Yeni ilə aid şeir Qısa, Təzə il şeiri | Yeni ilə aid şeir yazılı
Sponsor

yeni il seiri usaqlar ucun,yeni il seiri,saxta baba seiri,yeni il şeirləri uşaqlar üçün,yeni il şeirləri,yeni il seirleri
Yeni ilə aid şeir



Təzə il şeiri

Müəllif: Mürvət Qədimoğlu


 Bürünübdü çöl-çəmən

Ağappaq, bəyaz qara.

Ağ qardan don biçilib

Bağçalara, bağlara.


Dolanır qapı-qapı,

Çiynində də heybəsi.

Bizim hər birimizə

Heybədə hədiyyəsi.


Yenə dolur uşaqla

Hər bir həyət, hər qapı.

Yenə çıxıb həyətə

Oynayırıq qartopu.


Arzumdur: Şaxta baba

Qar yağdırsın hər dağa,

Bizi qonaq çağırsın

Gələn il Qarabağa!


Çəkilsin üstümüzdən

Qara bulud, boz külək.

Gələn il təzə ili

Şuşada bayram edək!


yeni il seiri usaqlar ucun,yeni il seiri,yeni il şeirləri uşaqlar üçün,yeni il şeirləri,yeni il seirleri