-->

"Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı.

Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşami , qəmi itirim...

Başımı qoyaram gündə yüz kərə, Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə, Bu eşqin gücünə minnətdaram mən.

Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.

Eşq Nüsrət Kəsəmənli Sevgi Sevgiyə aid şeir -Hələ də sevirəm, sevirəm səni şeiri Qısa, Sevgiyə aid şeir -Hələ də sevirəm, sevirəm səni şeiri yazılı
Sponsor

 Hələ də sevirəm, sevirəm səni şeiri

Müəllif: Nüsrət Kəsəmənli


Günəşsən göylərdən enməyəcəksən

Sənsiz nə çəkirəm bilməyəcəksən

Bilirəm bir daha dönməyəcəksən

Hələ də sevirəm, sevirəm səni.


Bu bahar könlümə qəmi,

Mən oldum dəryada yelkənsiz gəmi,

Çiçəklər baharı sevdiyi kimi

Hələdə sevirəm, sevirəm səni.


Gedişin nə yaman agırmış, ağır

Qulağıma səsdir, adımı çağır

Üstümə qəm dolu yağışlar yağır

Hələdə sevirəm, sevirəm səni.


Gözlərim yoldadır qulağım səsdə

Ümidim çırpınır bir daş qəfəsdə,

Baş qoyub həsrətin qolları üstə,

Hələdə sevirəm, sevirəm səni.