-->

"Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı.

Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşami , qəmi itirim...

Başımı qoyaram gündə yüz kərə, Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə, Bu eşqin gücünə minnətdaram mən.

Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.

Bəxtiyar Vahabzadə Sevgi Sevgi şeiri - Səninlə dünyada bəxtiyaram mən şeiri Qısa, Sevgi şeiri - Səninlə dünyada bəxtiyaram mən şeiri yazılı
Sponsor

“Səninlə dünyada bəxtiyaram mən” şeiri

Müəllif: Bəxtiyar Vahabzadə


Ömrün payızında sevdim, sevildim,

Elə bilirəm ki, ilk baharam mən.

Arxanca sürünən kölgənəm sənin,

Harda qərar tutsan orda varam mən.


Başımı qoyaram gündə yüz kərə,

Bir yol ayağını qoyduğun yerə.

Eşqindir ucaldan məni göylərə,

Bu eşqin gücünə minnətdaram mən.

 

Sevgiyə həd qoymaq düzü günahdı,

Cahilin hər işi, sözü günahdı,

Eşqi günah saymaq özü günahdı,

Kim deyir eşqimdə günahkaram mən?!

 

Özün bir aləmsən, eşqin bir aləm,

Sən olan könüldə nə kədər, nə qəm,

Sənsiz bu dünyanın ən bədbəxtiyəm,

Səninlə dünyada BƏXTİYARam mən.