-->

"Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı.

Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşami , qəmi itirim...

Başımı qoyaram gündə yüz kərə, Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə, Bu eşqin gücünə minnətdaram mən.

Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.

Həyat Ramiz Rövşən Hara qaçırsan, ay adam Mənalı şeir Qısa, Hara qaçırsan, ay adam Mənalı şeir yazılı
Sponsor

 Hara qaçırsan, ay adam şeiri

Ramiz Rövşən


Hara qaçırsan, ay adam, 

Bir dayan, nəfəsini dər. 

Çiçəklərin ətrini dər, 

Küləklərin hirsini dər. 


Otur üstündə bir daşın, 

Bir az açılsın qırışın, 

Göydə uçub gedən quşun 

Yerdəki kölgəsini dər. 


Gör dünya nə deyir sənə, 

Verib yeri-göyü sənə, 

Əy başını öz sinənə, 

Ürəyinin səsini dər. 


...Sözüm ağlına batmasa, 

Dünya könlünə yatmasa, 

Əlin heç nəyə çatmasa, 

Bu dünyadan özünü dər...