-->

"Yaşamaq, yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır Şam əgər yanmasa, yaşamır demək Onun da həyatı yanmağındadır.

Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı.

Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşami , qəmi itirim...

Başımı qoyaram gündə yüz kərə, Bir yol ayağını qoyduğun yerə. Eşqindir ucaldan məni göylərə, Bu eşqin gücünə minnətdaram mən.

Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.

Heydər Əliyev Prezident Rafiq Yusifoğlu Ulu Öndər Şeiri | Heydər Əliyevin Xatirəsinə Qısa, Ulu Öndər Şeiri | Heydər Əliyevin Xatirəsinə yazılı
Sponsor

 Ulu Öndər Şeiri

Müəllif: Rafiq Yusifoğlu


Vətənin dar günündə

Onun dadına çatdın

Üçrəngli bayrağımı

Zirvələrə ucaltdın


Yurdumuzun üstündən

Qovdun qara kölgəni

Məhv olmaqdan qorudun

Xilas etdin ölkəni


Çiçəklənən ölkəmiz

Gülüstana oxşayır

Özün olmasan belə

Əməllərin yaşayır.